PKK-ya ağır zərbə: 22 ölü (VİDEO)


13:54     29 Sentyabr 2015 pkk-kamplari-bombalandi_950057_14-1442923347.jpg

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdiyi növbəti hava əməliyyatının görüntüləri yayılıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, F-16 və F-4 döyüş təyyarələri PKK-nın Gara bölgəsindəki mövqelərini yerlə-yeksan edib.

Terror təşkilatına məxsus sığınacaqlar, silah-sursat anbarı və ərzaq anbarı məhv edilib.

Şırnakın Beytüşşebap mahalında keçirilən əməliyyatlarda isə 22 terrorçu ölü olaraq ələ keçirilib. F-16 döyüş təyyarələrinin etdiyi bombardman anbaan qeydə alınıb.


Açar sözlər:

Oxunub: 963