Sürücü sükan arxasında keçindi - Sumqayıtda qeyri-adi olüm


21:31     10 İyun 2018 surucu04.jpg


Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

Femida.az

Açar sözlər: #sürücü   #Sumqayıt   #ölüm  

Oxunub: 3329