Tbilisidə yenidən ara qarışdı - Etirazçılar mərkəzi prospekti bağadı
14:03 11 İyun 2018
Tbilisidə ötən gün parlamentin binası qarşısında keçirilmiş etiraz aksiyasının bir neçə iştirakçısı Rustaveli prospektində qalmaqdadır.
Femida.az xəbər verir ki, etirazçıların prospektdə üç çadır qurması səbəbindən yol avtomobillərin hərəkəti üçün bağlıdır.
Aksiyanın təşkilatçılarından olan Zviad Kuprava və daha üç nəfər inzibati qanunvericiliyin tələblərinin pozulmasına görə saxlanılıb.
Ötən il Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzə saxlanılan şəxslərin azad olunmasını tələb edib. O, aksiyanın bu gün saat 14:00-da bərpa olunacağını bildirib.
Qeyd edək ki, ötən axşam aksiya zamanı yağış başladığına görə parlamentin binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb. Z. Saralidze oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər Rustaveli prospektindəki çadırdan çıxmayacağını deyib.
Femida.az
Oxunub: 1145
Oxşar xəbərlər
- Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb
- Tbilisidə banka basqın olub
- Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı psixi sağlam hesab edilib
- Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb
- Türkdilli ölkələrə Bakı-Tbilisi-Qarsın imkanlarından istifadəsi ilə bağlı çağırış edilib
- Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçilib
- Tbilisidə Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya başlayıb
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb
- Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb
- Bakı və Tbilisi arasında Qardaşlaşma haqqında Memorandum imzalandı