Azərbaycanlı müğənninin oğlu tutuldu - Narkotikə görə


15:44     11 İyun 2018 2018/06/v_1528703235.jpg

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.



Femida.az Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Açar sözlər: #Müğənni   #Vidadi-Bərdəli   #Həbs   #Narkotik  

Oxunub: 3018