Bu gün Milli Qəhrəmanın doğum günüdür


20:01     29 Sentyabr 2015 Agayev%20Eldar_1443531600.jpg


Bu gün Azərbaycanın Milli Qəhrəmanı mərhum Ağayev Eldar Əsgər oğlunun doğum günüdür. E.Ağayev 29 sentyabr 1955-ci ildə Tbilisi şəhərində hərbçi ailəsində anadan olub.

Ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Bakı şəhəri 20 saylı orta məktəbində almış, sonra isə 134 saylı orta məktəbdə bitirmişdir.

1972-ci ildə Bakı Ali Ümumuqoşun Komandirlər Məktəbinə daxil olub. 1976-cı ildə təhsilini başa vuraraq, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlayıb.

1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri,

1984-86-cı illərdə Əfqanıstanda alayın komandiri və kəşfiyyat bölüyünün komandiri olub.

E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş,

1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində işləmişdir.

1992-ci ildə komandanlığa raport yazaraq vətənə qayıdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayır.


Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğluna "Azərbaycanın Mill Qəhrəmanı" adı verilib.

Eldar Ağayev 2013-cü il mayın 17-si gecə ürəktutmasından dünyasını dəyişib. Milli Qəhrəman II Fəxri Xiyabanda dəfn edilib.

Açar sözlər:

Oxunub: 1112