Bayram mərasimində partlayış - ÖLƏNLƏR VAR


23:34     16 İyun 2018 2018/06/efqan-1529161709_1529162933.jpg

Əfqanıstanın şərqində Ramazan bayramı münasibətilə keçirilən mərasimdə güclü partlayış olub.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 “Taliban” üzvü və mülki şəxs həlak olub. İkin məlumata görə, taliblərin maşınlarından birində təsadüfən raket partlayıb.

Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-dək ölkədə birtərəfli qaydada atəşkəs elan edib. Sonradan hökumətin ardınca “Taliban” hərəkatı da atəşin üç günlüyə dayandırılması barədə bəyanat verib.

Femida.az

Açar sözlər: Əfqanıstan   Partlayış  

Oxunub: 2270