Nazirin küçədə telefonu oğurlanıb
20:00 17 İyun 2018
Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.
S. Cavid bunu bu gün "The Sun" qəzetinə müsahibəsində bildirib.
S. Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston vağzalı yaxınlığında idim. Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".
Daxili işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini zəruri sayıb.
Qeyd edək ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.
Femida.az
Oxunub: 1701
Oxşar xəbərlər
- Nazirin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama
- Nazirin məktubu BMT-nin sənədi kimi dərc olunub
- Nazirin müşavirindən təhsillə bağlı MÜHÜM AÇIQLAMA
- Nazirin qəbul vaxtı dəyişdirildi
- Nazirin qəbul vaxtı dəyişdirildi
- Nazirin qəbul vaxtı dəyişdi
- Nazirin qəbul vaxtı dəyişdirilib
- Nazirin qəbul vaxtı dəyişdi
- Nazirin evi qarət olundu - Gürcüstanda
- Nazirin görüş vaxtı dəyişdi