İdarə rəisinin işinə Baş Prokurorluq da qarışdı
14:50 20 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Femida.az
Oxunub: 1692
Oxşar xəbərlər
- İlisu Dövlət Təbiət Qoruğunda baş vermiş yanğın söndürülüb
- İlham Əliyev: "Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər"
- Ötən il təbiətə ziyan vuranların sayı açıqlanıb
- Bezos təbiətin bərpasına iki milyard dollar ayıracaq
- Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - Sərəncam
- IDEA İctimai Birliyi Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti ilə saziş bağlayıb - FOTO
- Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
- “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun hüquq və məqsədləri açıqlanıb
- ETSN: Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib
- Bəsitçay təbiət qoruğu bərpa edilir