Oğurluq edən 6 nəfər tutuldu
17:54 20 İyun 2018
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-nə keçən gecə Şimal DRES qəsəbəsindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş N.Salayevin Xəzər rayonu ərazisindəki 6 evdən də oğurluq törətməsi müəyyən edilib. Belə ki, oğurluq etdiyinə görə tutulmuş Namiq Salayevin ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən sənəd, qızıl və məişət əşyaları, habelə 5 ədəd istilik radiatoru oğurlaması da müəyyən edilib.
Eyni zamanda Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də rayon ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əli İbrahimov, Rauf Həsənov və Anar Məmmədov saxlanılıb.
Həmçinin Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon ərazisindəki evlərin birindən qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ramin Əliyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 1600 manat və 100 ABŞ dolları pul oğurlaması da müəyyən edilib.
Femida.az
Oxunub: 908
Oxşar xəbərlər
- Oğurluqda ittiham olunan qadının məhkəməsi başlayır
- Oğurluq edən qardaşlar tutuldu
- Oğurluq etmək istəyən keçmiş məhkum saxlanıldı
- Oğurluq edən 3 qardaş tutuldu
- Oğurluq edən şəxslər tutuldu
- Oğurluq edən qardaşlar saxlanıldı
- Oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
- Oğurluq üstündə ələ keçdi - Başqa əməllərinin üstü açıldı
- Oğurluq edən qardaşlar saxlanılıb
- Oğurluq üstündə tutuldu, başqa cinayətləri də üzə çıxdı