Bakı kilsəsində ŞOK — Keşiş ayzaşlı qızı zorladı
00:01 23 İyun 2018
Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib. Bu hadisə bir neçə il əvvəl Avropa və ABŞ-dakı katolik kilsələrdə baş verən cinsi zorakılıq hadisələrini xatırladır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.
Femida.az “Sputnik Azərbaycan” istinadən xəbər verir ki, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib.
Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət ediyini görməyib. Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib.
O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.
Hazırda işlə bağlı materiallar Nəsimi rayon Polis İdarəsinə təhvil verilib və bununla əlaqədar Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanıb. İstintaq hadisənin təfərrüatını araşdırır. Faktla bağlı ekspertiza təyin olunacaq.
Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb. Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.
Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub.
Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazada qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.
Femida.az
Oxunub: 6312
Oxşar xəbərlər
- ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb
- Xristian dini icma rəhbərləri Şuşada rus pravoslav kilsəsində
- BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub
- İlham Əliyev Qəbələdə Cotari kilsəsində olub
- Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət
- QMİ sədri Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib
- Prezident Şuşada “Qazançılar kilsəsi”ndə olub - FOTO
- İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib
- Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi ilə bağlı videoçarx hazırlanıb
- Paşinyan kilsədən qovuldu, Qafana buraxılmadı - VİDEO