Azərbaycanın mobil operatoru internet tariflərini artırır
15:20 23 İyun 2018
İyulun 3-dən etibarən "Azercell Telekom" MMC tərəfindən keçirilən "Azercell-dən Sim-Sim Data nömrə", "Azercell-dən Data nömrə-2017", "10GB=10AZN", "Azercell-dən 4G WiFi və 3G Modem - 2017", "Azercell-dən 4G WiFi router, 3G Mobile WiFi router və 3G Modem - 2017" kampaniyaları şərtlərində dəyişiklik edilərək, müvafiq kampaniyalar çərçivəsində təqdim edilən 10GB həcmli internet paketinə görə aylıq (30 günlük istifadə müddəti) 12 AZN xidmət haqqı tətbiq ediləcək.
Femida.az xəbər verir ki, həmin tarixədək, kampaniyalara qoşulmuş abunəçilərin nömrələrinə isə Abunə Müqaviləsinə müvafiq cihazın güzəştli şərtlərlə satışına dair əlavəsinə əsasən seçilmiş 10 aylıq müddət ərzində 10 GB həcmlı internet paketininə görə aylıq (30 günlük istifadə müddəti) 10 AZN xidmət haqqı tətbiq edilməkdə davam edəcək. Kampaniya çərçivəsində müəyyən edilmiş 10 aylıq müddəti bitmiş və bundan sonra bitəcək abunəçilərin nömrələrinə isə dəyişiklik edilən 03 iyul 2018-ci il tarixindən etibarən, digər həcmli internet paketi əldə edilmədiyi və yaxud müvafiq paketdən imtina edilmədiyi təqdirdə 10GB həcmli internet paketinə görə aylıq (30 günlük istifadə müddəti) 12 AZN xidmət haqqı tətbiq ediləcək.
Oxunub: 1678
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub