Türkiyədə seçkiyə müdaxilə edən 10 əcnəbi saxlanıldı - Hamısı xüsusi xidmət orqanı əməkdaşıdır


20:48     24 İyun 2018 polis%20turkiye.jpg

Türkiyədə keçrilən prezident və parlament seçkilərində özlərini müşahidəçi kimi tanıdaraq dörd rayonda seçkilərə müdaxiləyə cəhd edən 10 xarici vətəndaş saxlanılıb.

Türkiyə Daxili işlər Nazirliyinin yaydığı məlumata görə, Ağrıda 3 Fransa , Şırnakda 3 Almaniya , Batmanda 1 , Diyarbəkirdə 3 İtaliya vətəndaşı seçkilərə müdaxilə edərkən həbs olunub.

Sözügedən şəxslərin seçkilərə dair akkreditasiya olmadığı və ATƏT müşahidəçisi olmadıqları halda özlərini xarici müşahidəçi olaraq göstərdikləri müəyyən edilib.

Həmin şəxslərin xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları olduqları güman edilir.

Femida.az

Açar sözlər: #Türkiye   #seçim  

Oxunub: 1832