Ərdoğan: "Qardaşlığımız güclənərək davam edəcək"
19:05 10 İyul 2018
Prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycan Respublikasına edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibə verib.
Femida.az-ın xəbərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.
Bu gün İlham Əliyev ilə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- "Ərdoğanla yaxşı əlaqəmiz var" - Tramp
- Ərdoğan ABŞ-a meydan oxudu:“Onların İPhonu varsa…” +VİDEO
- Nazirlər təcili Türkiyəyə toplaşır – DETALLAR
- Türkiyəyə hücuma izn verməyəcəyik - İraqdan böyük jest
- "TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir" - Ərdoğan
- TANAP-ın açılışını Ərdoğan edəcək
- Qarabağın azad edilməsi Ərdoğanın “Seçki Bəyannaməsi”ndə
- Ərdoğan İlham Əliyevə məktub göndərdi
- Ərdoğan Putinlə Suriyadan danışdı
- Arda Turan evlənir - Nikah şahidi Ərdoğandır