Strasburqda AŞPA-nın yay sessiyası başlayır


14:00     25 İyun 2018 big_1412584926_aspa.jpg

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.


Femida.az xəbər verir ki, sessiya çərçivəsində AŞPA sədri vəzifəsinə seçkilərin keçiriləcəyi, bir sıra məsələlərin, o cümlədən Suriya ilə qonşu ölkələrdəki qaçqınların humanitar vəziyyəti ilə bağlı məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

AŞPA deputatları qarşısında Xorvatiya və Slovakiyanın baş nazirlərinin, həmçinin Lüksemburqun xarici işlər nazirinin çıxışı gözlənilir.

Sessiya iyunun 29-da başa çatacaq.

Femida.az

Açar sözlər: #Strasburq   #AŞPA  

Oxunub: 534