Yavər Camalov İsrail səfiri ilə görüşdü


17:53     30 Sentyabr 2015 412a096572435aaae2648d9ebee597c1.JPG

Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb, habelə Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir D. Stav səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 771