Sürücülər DİQQƏT! - Bakıda böyük tıxac var


22:36     27 İyun 2018 tixac7.jpg


“Hazırda Tbilisi istiqamətindən başlayaraq, “20 Yanvar dairəsi”, Abşeron və Sumqayıt istiqamətində hərəkət sıxlığı yaşanır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu barədə məlumat verib.

Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi istiqamətində asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı bu gün səhər saatlarından etibarən sözügedən istiqamət üzrə avtomobillərin tıxacı yaranıb.

Vaqif Əsədov yaranan tıxacla bağlı sürücülərə xəbərdarlıq edib:

“Bu gün Avtovağzal kimi tanınan ərazinin yaxınlığından Sumqayıt istiqamətində yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərə start verilib. Sumqayıt və Abşeron istiqamətində yol nə qədər enli olsa da, avtomobillərin hərəkəti ilə bağlı çətinlik yaranıb. Nəticədə, Tbilisi prospekti, “20 YaNvar dairəsi”, Abşeron və Sumqayıt istiqamətində tıxac formalaşıb. Hazırda da sözügedən ərazidə hərəkət sıxlığı yaşanır. Alternativ yol kimi sürücülər Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yollarından istifadə edə bilərlər”.

Femida.az

Açar sözlər: #yol   #Bakı   #tıxac  

Oxunub: 684