Göyçayda hektarlarla taxıl sahəsi yandı
01:13 30 İyun 2018
Göyçay rayonunda yanğın baş verib.
Femida.az bildirir ki, bu gün saat 17:00 radələrində Böyük Qafqaz sıra dağlarının cənub hissəsində, Göyçayın Qarabaqqal kəndinin vətəndaşlarına məxsus pay torpaqlarında biçilməmiş taxıl sahəsində başlayan yanğın qısa vaxtda genişlənib.
Əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 ədəd və İsmayıllı yanğından mühafizə hissəsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın dağlıq ərazidə baş verdiyindən yanğınsöndürənlər alovun qarşısını almaq üçün avtomobillərin suyundan istifadə edə bilmir, bu səbəbdən əsasən əl əməyindən istifadə olunur.
İndiyədək 15 hektardan çox sahədə biçilməmiş taxıl sahəsi, quru ot, xırda ağaclar və kol-kos yanıb.
Yanğın hazırda davam edir.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var