Çində ağır yol qəzası: 18 nəfər öldü


13:44     30 İyun 2018 cin%20meden%20ucqub.jpg

Çində baş verən yol qəzasında 18 nəfər ölüb.


Femida.az xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Pekin-Honkonq magistral yolunda, Xunan vilayətində qeydə alınıb. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində daha 14 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır, təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 385