Şərab ixracı 80 faizdən çox artıb


22:35     02 İyul 2018 serab0.jpg

"İxrac təşviqinə şamil olunan məhsulların siyahısı genişləndirilib, ora 4 kodda yeni məhsul əlavə olunub. Bunlar Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə şərablarıdır".

Femida.az xəbər verir ki, bunu AZPROMO-nun vitse-prezidenti vəzifəsini icra edən Yusif Abdullayev ixracatçılar klubunun iclası və ixracla bagli bəzi nəsələlərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2017-ci ilin 5 ayı ilə müqayisədə 2018-ci ilin 5 ayı ərzində şərab ixracı 80 faizdən çox artıb.

Y.Abdullayevin sözlərinə görə, ötən illə müqayisədə 2018-ci ilin sonuna qədər ixrac təşviqinə verilən məbləğ və onun müqabilində ixrac olunan məhsulların dəyəri iki dəfəyədək artacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 494