Şərab istehsalçıları ilə görüş keçirilib


16:03     25 Dekabr 2018 2018/12/AQTA--1545737756_1545740677.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.



Agentlikdən Femida.az-a bildirilib ki, görüşdə sahibkarlara dövlət qeydiyyatı, şərab məhsullarının idxalı və ixracının tənzimlənməsi, eyni zamanda, məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı zəruri məlumatlar verilib.

Görüşdə çıxış edən Agentlik sədrinin müavini Rəşad Mafusov qeyd edib ki, şərabçılığın inkişafına dövlət dəstəyi ildən ilə artır:

“Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri baxımından yoxlanılması AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilir”.

Sonda şərab istehsalçıları və ixracatçılarının problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 553