DMX əməkdaşları beynəlxalq yay məktəbində - FOTO


18:41     05 İyul 2018 2018/07/5b3df-1530786754_1530787363.jpg

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları miqrasiya tədqiqatlarına dair beynəlxalq yay məktəbində iştirak edir.


DMX-dən Femida.az-a verilən məlumata görə, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” və Gürcüstanla həyata keçirdiyi “ENİGMMA 2” layihələri çərçivəsində bu il iyulun 1-dən 7-dək Qax rayonunda miqrasiya tədqiqatlarına dair beynəlxalq yay məktəbi təşkil olunub. Yay məktəbi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bir həftəlik yay məktəbi Azərbaycan, Gürcüstan və Avropa Birliyində miqrasiya vəziyyəti və miqrasiya siyasətinə dair tədqiqat yönümlü, çoxşaxəli və innovativ akademik mühazirələr, seminarlar və layihələri əhatə edir. Avropa Birliyi, Azərbaycan və Gürcüstandan olan beynəlxalq ekspertlər yay məktəbində mühazirələr oxuyur və praktiki fəaliyyət təqdim edirlər.

Tədbirə Azərbaycan və Gürcüstandan media, beynəlxalq miqrasiya hüququ, iqtisadiyyat, demoqrafiya, sosial və siyasi elmlər üzrə təhsil alan, ümumilikdə 50-dək tələbə və gənc mütəxəssis qatılıb.

Yay məktəbində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da iştirak edir.



Femida.az

Açar sözlər:

Oxunub: 517