Gəncədə uşaq bağçasında yanğın olub


01:09     09 İyul 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 380