Qubada baş verən qəzada sürücü həlak oldu


22:06     13 İyul 2018 publika.az1397292007qeza.jpg

Qubada ağır yol qəzası baş verib.


Femida.az -ın məlumatına görə, Quba-Xaçmaz yolunun Zəqdabi qəsəbəsi yaxınlığında Mercedess markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü Talıbov Vüqar Nazim oğlu həlak olub, sərnişin Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Allahverdiyeva Aygün Əhliman qızı yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə "Hər iki bud sümüklərinin yerini dəyişən sınığı" diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 420