Tacikistan prezidenti də Azərbaycana gələcək


15:40     18 İyul 2018 2018/07/emomeli_1531899723.jpg

Tacikistan prezidenti Emoməli Rəhmon avqust ayında Azərbaycan, Özbəkistan və Türkmənistana səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə “Asia-Plyus” agentliyinə Tacikistan hökumətindəki mənbə məlumat verib.

Qeyd olunub ki, Tacikistanın dövlət başçısı Bakıya azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti əsasında səfər edəcək. Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 406