Qubada iki maşın toqquşub, yaralılar var - FOTOLAR


20:42     02 Oktyabr 2015 d30a6e745fe7101cab87684c033ae21e.jpg

Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini Yusif Nöhbalayevin idarə etdiyi “Nissan” markalı avtomaşınla “VAZ 21015” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21015”-də olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 926