"Bəzən vətəndaşlarımız boş ümidlərlə ölkəni tərk edir " - Vüsal Hüseynov
16:30 19 İyul 2018
“Bəzən Azərbaycan vətəndaşları xarici ölkələrə hansısa ümidlərlə gedirlər. Bu cür axına təsir edən müəyyən kanallar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var”.
Femida.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
”Həmin şirkətlər insanları hansısa yollarla ölkədən çıxarırlar. Həmin şəxslərə xarici ölkələrdə iş vəd olunur, yaxud onlara status vəd edilir. Lakin bunların hamısı boş vədlər olur. Müəyyən müddətdən sonra onlar bu mifin acı reallığını gördükdən sonra ölkəyə qayıtmaq fikrinə düşürlər”, - deyə V. Hüseynov qeyd edib.
Femida.az
Oxunub: 1268
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX: Bəzi əcnəbilər qanunun tələblərini pozurlar
- DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü