2 ton narkotik məhv edilib


15:29     20 İyul 2018 narkotik3.PNG

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən Femida.az-a verilən xəbərə görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilədən sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurova məxsus 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə B.Teymurovun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu yığaraq məhv ediblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 548