25 yaşlı gəncin meyiti tapıldı


21:01     22 Mart 2022 22_03_22_1647969024.jpg

Xaçmazda martın əvvəlində itkin düşən 25 yaşlı gəncin meyiti tapılıb.

Femida.az -ın xəbərinə görə, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Nəzərovun meyiti Muxtadır qəsəsində yerləşən yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. V. Nəzərovun intihar etməsi və yaxud kimsə tərəfindən qətlə yetirilməsi üzrə araşdırma gedir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğun istintaq hərəkətləri davam etdirilir.



Açar sözlər:

Oxunub: 496