Yevlaxda qəza törədən sürücülər arasında dava düşdü


02:34     22 İyul 2018 publika.az1397292007qeza.jpg

Yevlaxda iki avtomobil toqquşub.

Hadisə axşam saatlarında Mingəçevir-Xaldan avtomobil yolunda rayonun Varvara kəndi Səmtinə ayrılan istiamətdə baş verib.

Belə ki, "Niva" markalı avtomobil "VAZ-2106" markalı maşını arxadan vuraraq avtomobili deformasiyaya uğrayıb.

Avtomobildə olanlar yüngül xəsarətlə qurtulsa da sürücülər arasında magistralda keçən vətəndaşlar önündə əlbəyaxa davaya çata biləcək səviyyədə gərgin mübahisə yaşanıb.

Faktla bağlı araşdırma aparılır./Report

Femida.az

Açar sözlər:

Oxunub: 408