Çimərlikdə batan qadının meyiti tapıldı


00:44     25 İyul 2018 2018/07/3B648B8F-9B0F-458A-BE29-637F7DE43EE9_1532450864.jpeg


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

FHN-dən Femida.az-a verilən məlumata görə, Vəfa Hacıbala qızı Fətullayevanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 669