Yolun çökməsinin arxasında korrupsiya dayanır? - Açıqlama


15:04     25 İyul 2018 2018/07/bakida-coken-yol-istifadeye-verildi_1532502619.jpg

Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı məsələnin arxasında korrupsiyanın dayanması barədə bizdə məlumat yoxdur.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, əgər hansısa müvafiq qurumlardan bununla bağlı onlara müraciət daxil olsa, üzərlərinə düşən işləri görməyə hazırdırlar.

İdarə rəisi, əlavə edib ki, bütün ölkələrdə müxtəlif texnogen hadisələr müşahidə olunur və bunun arxasında hansısa korrupsiya halının olmasını düşünmək düzgün deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1427