Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı
14:56 26 İyul 2018
Dünən mətbuatda sükan arxasında narkotik qəbul edən sürücü barədə video yayılmışdı. Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi.
Femida.az xəbər verir ki, bu gün "avtosfer.az” saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl "Chinar trans" şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib.
Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış və sürücülük vəsiqəsini təqdim edərək işə qəbul olunub və həmin gün də bu hərəkətləri edib.
Femida.az
Oxunub: 819
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Yol polisi sürücülərə çağırış edib
- DYP sürücülərə müraciət edib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- "Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib