Maşınlardan oğurluq edən 3 nəfər tutuldu
15:58 02 Avqust 2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə cari il iyul ayının 31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.
Dərhal Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib.
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb.
Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb.Hər üç faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 398
Oxşar xəbərlər
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşınlardan oğurluq edən şəxslər tutulub
- Maşınlardan oğurluq edənlər tutulub
- Maşınlardan oğurluq edənlər tutuldu
- Maşınlardan oğurluq edənlər saxlanılıb
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşınlardan oğurluq edən şəxs ələ keçdi
- Maşınlardan oğurluq edənlər tutuldu
- Maşınlardan oğurluq edən tutuldu
- Maşınlardan oğurluq edən bu şəxsdir