Bakı-Xudat marşrut avtobusu aşdı: Yaralananlar var


15:03     04 Avqust 2018 qeza_mersedes_455.jpg

Siyəzəndə mikroavtobus qəzaya uğrayıb


Məlumata görə, Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.(Report)

Açar sözlər: #qəza   #Polis  

Oxunub: 1456