Əfqanıstanda partlayış: 3 çex hərbçi həlak olub


22:43     05 Avqust 2018 efqanista.jpg

NATO-nun Əfqanıstandakı missiyasından olan 3 Çexiyalı hərbçi Bəhram aviabazası ətrafında baş verən partlayış nəticəsində həlak olub.

Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə Çexiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Partlayış nəticəsində 1 amerikanlı və 2 əfqan yaralanıb.

Ölkə prezidenti Miloş Zeman, Baş nazir Andrey Babiş və müdafiə naziri Lubomir Metnar həlak olanların yaxınlarına baş sağlığı verib.

Femida.az

Açar sözlər:

Oxunub: 327