Polisin daha bir uğurlu əməliyyatı - 44 şübhəli şəxs TUTULDU
13:51 06 Avqust 2018
Avqustun 4-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 220 cinayət faktı qeydə alınıb, onların 48-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 1370
Oxşar xəbərlər
- Azərbaycanın polis sistemi 45 pillə irəliləyərək 30-cu yeri tutub
- Polis soyğunçuluq edən keçmiş məhkumu saxlayıb
- Daxili təhlükəsizliyimizin sütunu: Polis Azərbaycanda hansı işləri görür - ARAŞDIRMA
- Sakinlərin şikayəti əsasında polis qaraçılara qarşı əməliyyat keçirib - VİDEO
- Polis 18 yaşlı oğlanı axtarır
- Polis əməliyyat keçirdi - 29 şübhəli şəxs tutuldu
- Polisin daha bir uğurlu əməliyyatı - 34 şübhəli şəxs TUTULDU
- 16 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Bir gün suda qalan kişini polis xilas etdi - FOTOLAR
- Bu şəxsi görənlər polisə zəng etsin - FOTO