36 yaşayış məntəqəsinə təbii qaz verilib


20:21     06 Avqust 2018 qaz1409897783.jpg

2018-ci ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 849,5 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 135,1 km qaz kəməri əsaslı təmir olunub.


Femida.az -ın “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 36 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Açar sözlər:

Oxunub: 353