“Qarabağ”ın “Zirə” ilə oyunu təxirə salınıb
00:22 09 Avqust 2018
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib.
“Qarabağ” komandası Belarusun BATE (Borisov) klubu ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün birinci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası birinci turun təqvimində dəyişiklik edib və Topaz Premyer Liqasının ilk turunun “Qarabağ” – “Zirə” matçı avqustun 10-dan sentyabrın 26-na keçirilib.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” qarşılaşması təxirə salındığı üçün turun açılış oyunu avqustun 11-də “Dalğa Arena”da “Sumqayıt” və “Neftçi” komandaları arasında olacaq.
Femida.az
Oxunub: 650
Oxşar xəbərlər
- “Qarabağ”ın sabiq futbolçusu danışılmış oyunlara görə cəzalanıb
- “Qarabağ”ın oyunu zamanı daha bir insident olub - FOTOLAR
- “Qarabağ”ın Avroliqadakı rəqibləri məlum oldu
- “Qarabağ”ın futbolçusu Pelenin fəxri prezidenti olduğu kluba keçir
- “Qarabağ”ın oyunu təxirə salındı
- “Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi
- “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
- “Qarabağ”ın oyunlarının saatı müəyyənləşdi