Sumqayıtda mənzildə partlayış - Ana ilə oğlu xəsarət aldı
14:24 10 Avqust 2018
Sumqayıtda mənzildə partlayış olub.
Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.
Mənzildə olan 1962-ci il təvəllüdlü Qasımova Diba Qənbər qızı və oğlu 1982-ci il təvəllüdlü Qasımov Teymur Kamal oğlu yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Qadının vəziyyəti ağır olduğundan onu Bakı şəhər 5 Saylı xəstəxanaya göndəriblər.
Xəstəxanadan bildirilib ki, qadın övladlarının istəyi ilə tam həkim nəzarətində olmaqla evə aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Yanıq xəsarəti alan oğlu isə müayinə olunduqdan sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 188
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb