Ruhanidən Ərdoğana DƏSTƏK: Trampı peşman edəcəyik

Ruhanidən Ərdoğana DƏSTƏK: "Trampı peşman edəcəyik"

11:28     11 Avqust 2018 2018/08/ruhani-erdogan-450x250_1533972578.jpg

İran Prezidenti Həsən Ruhaninin xüsusi nümayəndəsi Mahmud Vaizinin Ankarada keçirdiyi görüşlərlə bağlı məlumat verilib.


Tehran lirənin günü-gündən dəyərini itirməsi ilə bağlı Ankaraya həmrəylik mesajı verib.

Vaizi Türkiyədə keçirdiyi görüşlərdə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyaları müzakirə edib. Ərdoğanla görüşən Vaizi Ruhaninin mesajını Türkiyə liderinə çatdırıb.

Ruhaninin Ərdoğana “Trampı etdiklərinə peşman edənə qədər dirənəcəyik” mesajı da çatdırılıb. Ərdoğan da öz növbəsində çatdırılan mesajdan məmnun qaldığını, İranla əməkdaşlığı davam etdirəcəklərini söyləyib.

Ərdoğan Vaiziyə yaxın vaxtda Ruhani ilə görüşmək istədiyini çatdırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da İrana ABŞ-ın sanksiyalarını tətbiq etməyəcəklərini bildirib.

Qeyd edək ki, ötən gün Vaizinin Ərdoğanla görüş üçün Ankarada olduğu barədə məlumat vermişdik.

Femida.az

Açar sözlər: #Ruhani   #Ərdoğan   #Tramp  

Oxunub: 3442