Yanğın törədən 4 nəfər saxlanıldı
22:33 11 Avqust 2018
Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib.
DİN-dən Femida.az-a verilən xəbərə görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb. Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.
Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.
Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə edilib.
Femida.az
Oxunub: 171
Oxşar xəbərlər
- Yanğın baş verən yerdə nəqliyyatın hərəkəti bərpa edildi
- Yanğınsöndürənlərimizin fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilir
- Yanğınlara məruz qalan Muğlada bu gün 131 zəlzələ qeydə alınıb
- Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
- Yanğınlar zamanı 40 nəfər təxliyə olunub
- Yanğınsöndürmə əməliyyatından real görüntülər - VİDEO
- Yanğından necə qorunmaq olar? - Maarifləndirmə
- Yanğın zamanı özünü binadan yerə atan qadın ölüb
- Yanğında ölən qadının kimliyi məlum oldu - FHN-dən açıqlama
- Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada vəfat edib