Azərbaycan neftinin qiyməti 74 dolları ötdü


13:50     13 Avqust 2018 1422441694_neft-pul.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,66 dollar və yaxud 0,90% artıb.


Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 74,08 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər: #neft  

Oxunub: 144