Boş qalan plan yerlərə ixtisas seçiminin müddəti uzadılıb
21:20 13 Avqust 2018
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Femida.az-A verilən məlumata görə, 13 avqust saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
Oxunub: 163
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Azərbaycanda bu il boşanmaların sayı 11 faiz azalıb
- "Whatsapp"da silinən mesajları belə qaytara bilərsiniz - Boşanmalara səbəb olacaq funksiya
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- “İlham Əliyev boş yerə söz demir” - Erməni ekspert
- “Əxlaqsız şəkilər göstərib “qadın belə olar” deyirdi” - Boşandı, iki uşaq anasını öldürdü
- Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb