Gəncədə 30 küçəyə asfalt döşənəcək - İlin sonunadək


02:43     17 Avqust 2018 2018/08/D779C836-2368-48B7-BD46-32E31DCEDA95_1534445579.jpeg

Gəncədə şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, 1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.

Yaxın günlərdə su və kanalizasiya xətlərinin çəkildiyi küçələrin asfaltlanmasına başlanacaq. İlin sonunadək isə şəhərin 30 küçəsinin asfaltlanması başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 166