Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə qarşılaşacaq
15:27 21 Avqust 2018
ABŞ-ın Seynt Luis şəhərində şahmat üzrə Sinkfild Kuboku (Sinquefield Cup) superturnirinin III turu keçirilib.
Femida.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə heç-heçə edib.
İlk üç turdan sonra Şəhriyar iki xal toplayıb və Ermənistan şahmatçısı Levon Aronyan, rusiyalı Aleksandr Qrişuk və norveçli Maqnus Karlsenlə birgə liderlər cərgəsindədir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov IV turda yenə ağ fiqurlarla oynayacaq. Onun budəfəki rəqibi Levon Aronyan olacaq.
Oxunub: 355
Oxşar xəbərlər
- Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu
- Şəhriyar Məmmədyarov koronavirusa yoluxub
- Şəhriyar Levon Aronyanla heç-heçə edib
- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov 100 şahmatçı arasında neçəncidir? - REYTİNQ
- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəldi
- Şəhriyar Məmmədyarov dünya üzrə beşincidir
- Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu
- Şəhriyar Məmmədyarov ata oldu - FOTO
- Şəhriyar Məmmədyarov Levon Aronyanla görüşüb
- Şəhriyar Məmmədyarov Karlseni məğlub etdi - Çempion oldu