Metronun bu stansiyası TƏMİRƏ BAĞLANACAQ


20:33     22 Avqust 2018 metro.jpg

Bakı Metropoliteninin "Xətai" stansiyası təmirə bağlanacaq.

Bunu Femida.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək: "Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub".

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 245