Cəlilabadda evlərə girən, əhalini qorxudan şəxslər KİMDİR?


16:04     27 Avqust 2018 2018/08/sa_1535359035.jpg

Son günlər Cəlilabad rayonunu Alar kəndində baş verən qəribə hadisələr kənd sakinlərini təngə gətirib. Belə ki, kənd ərazisində peyda olan 2 əcnəbi şəxs sabitliyi pozmaqda davam edir. Onlar evlərər girir, ətrafı dağıdır, uşaqları qorxudur, qəbristanlığı yandırır və s. qəribə hərəkətlər edirlər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunsa da, Cəlilabad RPŞ həmin şəxslərin kənddə yaşayan iki yeniyetmə olduğunu bildirib, onlarla profilkatik söhbətlər aparıldıqdan sonra sərbəst buraxıldıqlarını qeyd edib.

Lakin kənd sakinlər iddia edir ki, hadisələri törədən şəxslər həmin yeniyetmələr deyil. Onlar son 1 həftədə peyda olub və kəndin yerli camaatı ilə heç bir əlaqələri yoxdur.

Femida.az məsələni kənd sakinlərindən öyrənməyə çalışıb. Alar kənd sakini Coşqun Mustafayev saytımıza məsələnin təfərrüatını şərh edib:

“Bu şəxslər evlərə girilər. Qəribəsi də odur ki, evlərdən heçnə oğurlamırlar. Sadəcə insanları qorxudurlar, yemək istəyirlər. Onları tutmaq istəyəndə isə göz qırpımında yoxa çıxırlar. Barələrində kənd camaatı polisə şikayət etdi. Bir neçə gün öncə polis onları tutdu. Onlar isə bildiriblər ki, Gəncədən gəliblər, qayıdacaqlar. Polis də sərbəst buraxıb. Lakin heç yerə getməyiblər, yenə kənddəki əməllərinə davam edirlər.

Onu da qeyd edim ki, onlar kəndin öz sakinləri deyil, yarımtikililərdə, xarbalıqlarda qalırlar. Təxminən bir həftədir ki, bu şəxslər kənddə peyda olub. Evləri daşlayırlar, son olaraq kənd qəbristanlığını yandırdılar. Adətən əməllərini axşam saatlarında törədirlər. Çox sürətli hərəkət edirlər, ucaboydurlar, onları tutmaq olmur, üz quruluşları qəribədir, normal adama oxşamırlar. Azərbaycan dilində də yaxşı danışa bilmirlər. Biz onların Suriyadan gəldiyindən şübhələnirik.

Kənd camaatı çox narahatdır. Xüsusilə də uşaqlar çox qorxurlar”.

C.Mustafayevin sözlərinə görə, ötən günlərdə onlardan biri gecə kənd sakinini evinə girib, ev sahibi onları görəndə qaçmağa çalışıblar. HAsardan tullananda şəxslərdən biri yıxılıb və ayağı sınıb. Saha sonra sakinlər xəstəxanada həmin şəxsin fotosunu çəkiblər:



Məsələni diqqətdə saxlayacağıq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Cəlilabad   #Alar   #kənd  

Oxunub: 1699