Neftçalada maşın aşdı - Sürücünün 7 yaşlı oğlu öldü


16:20     27 Avqust 2018 asibbbbb.jpg

Neftçalada yol qəzasında uşaq ölüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Qaramanlı kənd sakini Təbriz Tağıyev idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sürücünün 7 yaşlı oğlu İntiqam Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 207