İsmayıllıda daha bir xalça emalatxanası tikiləcək
22:20 27 Avqust 2018
Prezident İlham Əliyev avqustun 27-də “İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.
Xatırladaq ki, avqustun 25-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı açılıb. Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsi olaraq Horadiz, Şəmkir, Quba və Xaçmazda xalça emalatxanaları tikilərək istifadəyə verilib və bu sahədə işlər davam etdirilir.
Oxunub: 345
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- DYP İsmayıllıdakı qar uçqunu ilə bağlı açıqlama verib
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb