Sarkisyan əsgər analarını döydürdü (VİDEO)


21:30     13 May 2015 ermeni%20anaları9.jpg

Bu gün qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçularının valideynləri Serj Sərkisyanın rezidensiyasının qarşısında yenidən aksiya keçirməyə cəhd göstəriblər.


Femida.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Epress.am” saytı yayıb. Onlar Ermənistan prezidenti ilə görüşmək niyyətində imiş.

Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, ciddi polis zorakılığı ilə üzləşib. Polislər onları itələyib və döyüblər. Daha sonra isə aksiya dağıdılıb.

Qeyd edək ki, Ermənistanda əsgər analarının prezidentin ofisi qarşısında etiraz aksiyası keçirməsinə fevralın 11-dən qadağa qoyulub.



Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 785